
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın son hərbi addımlarına sərt reaksiya verərək, ölkəsinə qarşı həyata keçirilən heç bir hücumun cavabsız qalmayacağını bəyan edib.
Nazir sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, İranın silahlı qüvvələri istənilən təhdidə və hücuma qətiyyətlə cavab verməyə hazırdır. O, Vaşinqtonun bölgədəki fəaliyyətini tənqid edərək ABŞ-ı Yaxın Şərqdən uzaq durmağa çağırıb.
Əraqçi həmçinin Hörmüz boğazı ətrafında aparılan müzakirələrə toxunaraq vurğulayıb ki, bu strateji su yolu İran və Oman arasında yerləşir və onun hüquqi statusu ilə bağlı heç bir qeyri-müəyyənlik yoxdur.
İran rəsmisinin açıqlamaları bölgədə gərginliyin artdığı bir vaxtda səslənib və Tehranla Vaşinqton arasındakı qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqları artırıb.