USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Regionlarda yaşı 65-i tamam olan həkimlərin peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılması planlaşdırılır.
“Unikal” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır. Əmiraslanov qeyd edib ki, xüsusilə bölgələrdə ixtisaslı tibbi kadrlara ehtiyac nəzərə alınaraq, təcrübəli həkimlərin fəaliyyətinin davam etdirilməsi vacibdir.
Məsələ “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı gündəmə gəlib.
Komitə sədrinin sözlərinə görə, həkimlərin peşə fəaliyyətinin davam etdirilməsi ilə bağlı mexanizmlərin hazırlanması istiqamətində müvafiq addımlar atılır.