USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycanın Qazaxıstandakı yeni fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov etimadnaməsini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təqdim edib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Etimadnamələrin təqdim edilməsi mərasimi paytaxt Astanada yerləşən Müstəqillik Sarayında keçirilib.
Mərasim zamanı Azərbaycanla yanaşı, daha səkkiz ölkənin yeni təyin olunmuş səfirləri də etimadnamələrini Prezident Kasım-Jomart Tokayevə təqdim ediblər.
Bununla da Əlimirzamin Əskərov Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyətinə rəsmən başlayıb.