İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranda yerləşən dövlətə məxsus telekanallardan birinə hava hücumu təşkil edib. Hücum nəticəsində bina ciddi ziyan görüb, hadisə yerində yanğın baş verib.
İlkin məlumatlara görə, hücum zamanı telekanalın binasında olan bir neçə əməkdaş xəsarət alıb. Hadisə yerinə təcili yardım və yanğınsöndürən briqadalar cəlb olunub.
İsrail tərəfi hücumla bağlı rəsmi açıqlama verməsə də, bəzi mənbələr bunun SEPAH-a bağlı informasiya mərkəzlərinin sıradan çıxarılması məqsədi daşıdığını bildirir.
İran rəsmiləri hadisəni qəti şəkildə pisləyib və bunun beynəlxalq hüququn pozulması olduğunu bəyan ediblər. Gərginliyin artdığı bir dövrdə bu hücum bölgədə vəziyyəti daha da kritikləşdirə bilər.