USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi İranın xarici təzyiqlər qarşısında geri çəkilməyəcəyini bəyan edib.
Musəvi sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Tehran rəqiblərinin vədlərinə etibar etmir və ölkənin gücünə arxalanır.
“İran nə təslim olacaq, nə də aldanacaq. Düşmənin vədlərinə etibar etmirik və İran xalqının gücünə güvənirik”, – deyə o vurğulayıb.
SEPAH rəsmisinin sözlərinə görə, qarşı tərəf döyüş meydanında əldə edə bilmədiyi nəticələri danışıqlar masasında qazanmağa çalışır, lakin bunun mümkün olmayacağını bildirib.
Açıqlama regionda gərginliyin davam etdiyi və İranla ABŞ arasında qarşılıqlı sərt bəyanatların səsləndirildiyi bir dövrə təsadüf edir.