USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir

Siyasət

17-02-2026, 08:23

Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edirAzərbaycan-Serbiya əlaqələri ildən-ilə uğurla inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, əhəmiyyətli məsələlərin həllində bir-birinə dəstək verir. Ölkələr arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır.

Belə ki, Serbiya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulub. Bu əlaqələr hər iki ölkə başçılarının qarşılıqlı səfərləri və bu zaman imzalanan mühüm sənədlərin icrası nəticəsində inkişaf edir.

İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində tərəfdaşıdır. Serbiyaya Azərbaycanın qaz tədarük etdiyi 10 Avropa dövlətlərindən biridir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir. Azərbaycan qazı gələcəkdə Serbiya vasitəsilə Mərkəzi Avropa ölkələrinə də çatdırılması nəzərdə tutulub.
Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında 2023-cü ilin 17 martında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanması iki ölkə arasında strateji münasibətlərin digər bariz nümunəsidir.

Fevralın 15-də 62-ci Münhen Təhlükəsizlik Konfransı bitdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Belqradda iki dövlət başçılarının təkbətək görüşü və Prezidentlərin iştirakı ilə Azərbaycan-Serbiya arasında altı mühüm sənədin mübadiləsi mərasimi keçirilib. Mərasimdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır. Dövlətimizin başçısı Serbiyada bu gün qeyd edilən milli bayram münasibətilə Prezident Aleksandar Vuçiçi və dost Serbiya xalqını təbrik edib.

Bildirilib ki, Prezident Vuçiçin rəhbərliyi altında Serbiya uğurla inkişaf edir. O, həm beynəlxalq müstəvidə böyük hörmət qazanıb, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılıb. Dövlətimizin başçısı qeyd edib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.
Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Dövlətimizin başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.

Bu gün Azərbaycan ilə Serbiya arasında energetika sahəsində əlaqələr çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl Azərbaycandan Serbiyaya təbii qazın ixracatına başlanılıb və danışıqlar zamanı qərara gəlinib ki, ixracın həcmi artırılacaq. “İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatında bildirib ki, bu gün Prezident İlham Əliyevlə çox əhəmiyyətli məsələlər üzərində, Avropada və bütün dünyada olan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə arasında dost münasibətlərin qurulması Azərbaycan və Serbiyanın bir çox ortaq dəyərlərə sahib olmalarını göstərir.

Serbiya Prezidenti Azərbaycan və Serbiyanın ticarət dövriyyəsi 16 dəfə artdığıni bildirib. O qeyd edib ki, münasibətlər 2015-ci ildən bəri çox inkişaf edib: "Bu günə qədər aramızda 57 sənəd imzalamışdıq. Bu gün də 10-dan artıq sənəd mübadilə edildi. Bu münasibətlərimiz baxımından güclü təməldir".

Aleksandar Vuçiç hər iki ölkədə təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə olmasını və Serb xalqının Azərbaycan xalqı ilə olan birbaşa təmaslarının vacibliyini qeyd edib və azərbaycanlıların Serbiyaya tez-tez səfərlərə gəlməsini arzuladığını bildirib.

Təkbətək və geniştərkibli görüşlər zamanı iki dövlətin başçısı iqtisadi əməkdaşlıq və kənd təsərrüfatı sahəsinə toxunublar. Prezident Vuçiç Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsullarının çox ləziz olduğunu nəzərə çatdırıb. O, Azərbaycandan ölkəsinə xüsusi endirimlə məhsullar ixrac olunduğunu vurğulayaraq deyib: “Digər ixrac edilən məhsullarla müqayisədə bu, xeyli qəbuledilən bir qiymətdir. Ona görə düşünürük ki, bu sahədə işləməyən hökumət rəsmiləri buna baxmalıdırlar. Həmçinin bu sahədə də əməkdaşlıq yaratmalıdırlar və təbii ki, bizim azərbaycanlı dostlarımızın təklif etdiyi məhsulları almağa hazırlaşmalıdırlar”.

“Əlbəttə ki, bizim də Azərbaycana təklif edəcəyimiz çox məhsullar var”, – deyə A.Vuçiç əlavə edib.
Ümidvarıq ki, birgə səylər əsasında Azərbaycan-Serbiya əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Paylaş:
Digər xəbərlər

Siyasət

20-10-2022, 14:43

"Pakistan və Azərbaycan dost, qardaş ölkələrdir"

Siyasət

6-06-2022, 11:18

"TEKNOFEST Azərbaycan” Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin parlaq təzahürüdür

Siyasət

23-02-2022, 15:20

Moskva Bəyannaməsi - ərazi bütövlüyü və təhlükəsizliyə daha bir qarant

Siyasət

9-02-2022, 16:46

İki qonşu ölkə arasındakı 30 illik dostluq və qardaşlıq münasibətləri

Siyasət

8-09-2020, 13:00

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB

Siyasət

3-09-2020, 11:33

Sumqayıtda sahibkarlar dad deyir... - NARAZILIQ...

Siyasət

19-08-2020, 14:00

Gürcüstanla Azərbaycan arasında “silah tranziti” insidenti yoluna qoyuldu - TİFLİS-BAKI OXU REGİONAL SABİTLİYİN ƏSASI KİMİ

Siyasət

25-07-2020, 17:39

Amerikalılar erməniləri niyə məyus etdi? - TƏHLİL

Siyasət

7-07-2020, 14:51

Maliyyə yardımı verilməyən qəzetlərin sahibləri kimlərdir? – Əli Həsənovun xanımı, Ramiz Mehdiyevin qızı…

Siyasət

6-05-2020, 15:43

Məmurlar gəlir bəyannamələri verməyənədək... - GƏLİŞMƏ

Siyasət

3-03-2020, 14:14

Daha bir dövlət Kosovanın müstəqilliyini tanımaq haqda qərarını geri çəkib

Siyasət

21-02-2020, 09:23

Prezident: "İtaliya Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır"

Son xəbərlər
  • Dün, 22:42
    Ukraynaya qaçan iki gömrük əməkdaşı Azərbaycana gətirilib
  • Dün, 22:38
    Hirkan Milli Parkında narkotik plantasiyası aşkar edilib, bir nəfər həbs olunub
  • Dün, 22:36
    Ceyhun Bayramov və Abbas Əraqçi Azərbaycan-İran münasibətlərini müzakirə ediblər
  • Dün, 22:35
    AİHM ölkədən çıxış qadağaları ilə bağlı Azərbaycan hökumətinə kompensasiya ödəməyi qərara alıb
  • Dün, 22:27
    Beynəlxalq axtarışda olan Polad Babayev Azərbaycana ekstradisiya edilib
  • Dün, 22:24
    Rusiyanın müdafiə naziri Andrey Belousovun Bakıya səfəri gözlənilir
  • Dün, 22:23
    Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır
  • Dün, 22:21
    Putin: Rusiya Ukrayna ilə bağlı güzəştlərə hazırdır
  • Dün, 16:48
    Zaxarova: “Rusiya Ermənistanın Aİ-yə inteqrasiyasının xərcini ödəməyəcək”
  • Dün, 16:43
    Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu keçirib
  • Dün, 16:41
    Aİ Ermənistana 50 milyon avrodan çox maliyyə yardımı ayırmağa hazırlaşır
  • Dün, 16:39
    Azərbaycandan Ermənistana 2 475 ton dizel yanacağı göndərildi
  • Dün, 16:37
    Respublika Perinatal Mərkəzindəki yanğın işi üzrə hökm oxundu: Mehriban Abasquliyeva məhkəmə zalında həbs edildi
  • Dün, 16:35
    Vahid Mustafayev: Uşaq pulu xərclə deyil, gələcəyə investisiya kimi qiymətləndirilməlidir
  • 3-06-2026, 23:05
    Rubio: TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün yeni iqtisadi imkanlar yaradacaq
  • 2-06-2026, 19:26
    Ərdoğan 10-cu dəfə baba oldu
  • 2-06-2026, 19:23
    Pezeşkian: İran və Azərbaycan xalqlarını qırılmaz bağlar birləşdirir
  • 2-06-2026, 14:20
    Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr qurulub
  • 2-06-2026, 14:18
    Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilmiş hissəsinin açılış mərasimi keçirilir
  • 2-06-2026, 14:16
    Ələsgər Məmmədliyə anası ilə görüşə icazə verilmədiyi bildirilir
  • 2-06-2026, 14:14
    Gürcüstanda vətəndaşları döydüyü iddia edilən 6 polis əməkdaşı həbs olundu
  • 2-06-2026, 14:10
    Tramp Azərbaycana yeni səfir namizədi təqdim edib
  • 2-06-2026, 14:08
    İsrail ordusu Qəzzada beş silahlının öldürüldüyünü açıqlayıb
  • 2-06-2026, 14:07
    Xətaidə marketə basqın edən iki nəfər saxlanılıb
  • 2-06-2026, 00:54
    İran ABŞ ilə aparılan danışıqları dayandırıb.
  • 2-06-2026, 00:53
    Bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov səsləndirib.
  • 2-06-2026, 00:51
    Hakan Fidan və Abbas Əraqçi regional vəziyyəti müzakirə ediblər
  • 2-06-2026, 00:49
    Binəqədidə yol polisinin saxla əmrinə tabe olmayan sürücü saxlanılıb
  • 2-06-2026, 00:47
    Tramp NATO sammiti üçün Ankaraya səfər etməyi planlaşdırır
  • 1-06-2026, 19:00
    Şəhidin həyat yoldaşı qətlə yetirildi, qayınatası saxlanıldı
  • 1-06-2026, 17:24
    1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur
  • 1-06-2026, 15:33
    Türkiyə gəmisinə hücum Moskva-Ankara xəttində gərginlik yaradacaq?
  • 1-06-2026, 15:31
    Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli oldu: Tariflər təsdiqləndi
  • 1-06-2026, 15:19
    Gürcüstanda Denqe virusuna ilk yoluxma halı qeydə alınıb
  • 1-06-2026, 15:18
    Polis qanunsuz saxlanılan silah və sursatlar aşkar edib
Daha çox
Çox oxunanlar
1-06-2026, 02:07
İran Prezidenti Məsud Pezeşkianın istefa verdiyi ilə bağlı xəbər yayılıb
2-06-2026, 00:51
Hakan Fidan və Abbas Əraqçi regional vəziyyəti müzakirə ediblər
2-06-2026, 00:49
Binəqədidə yol polisinin saxla əmrinə tabe olmayan sürücü saxlanılıb
2-06-2026, 00:54
İran ABŞ ilə aparılan danışıqları dayandırıb.
2-06-2026, 00:47
Tramp NATO sammiti üçün Ankaraya səfər etməyi planlaşdırır
2-06-2026, 00:53
Bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov səsləndirib.
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Beynəlxalq axtarışda olan Polad Babayev Azərbaycana ekstradisiya edilib
Azərbaycandan Ermənistana 2 475 ton dizel yanacağı göndərildi
Respublika Perinatal Mərkəzindəki yanğın işi üzrə hökm oxundu: Mehriban Abasquliyeva məhkəmə zalında həbs edildi
Vahid Mustafayev: Uşaq pulu xərclə deyil, gələcəyə investisiya kimi qiymətləndirilməlidir
Ələsgər Məmmədliyə anası ilə görüşə icazə verilmədiyi bildirilir
Gürcüstanda Denqe virusuna ilk yoluxma halı qeydə alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə