USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Moskva Bəyannaməsi - ərazi bütövlüyü və təhlükəsizliyə daha bir qarant

Siyasət

23-02-2022, 15:20

Moskva Bəyannaməsi - ərazi bütövlüyü və təhlükəsizliyə daha bir qarantAzərbaycan üçün Rusiyanın əhəmiyyəti birmənalı deyil. Eləcə də Rusiyanın Azərbaycanın həyatında oynadığı rola münasibətə də fərqli yanaşmalar istisna edilmir. Sovetlər dağıldıqdan sonra onun varisi Rusiya ilə münasibətlərin yenidən qurulması rəsmi Bakının xarici siyasətinin prioritetlərindən olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra şimal qonşusu ilə əlaqələrin normallaşması və bərabərhüquqlu səviyyədə davam etdirilməsinə dair müxtəlif səviyyədə səfərlər olub, müqavilələr imzalanıb.

Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfərə gediib. Ukrayna ətrafında yaranan böhran fonunda atılan bu addım ilk baxışdan müəyyən suallar yarada bilər. Ancaq nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev təxminən bir ay əvvəl, yanvarın 14-də Ukraynaya səfər edib. Səfər çərçivəsində Azərbaycanın dövlət başçısı və Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsini imzalayıblar. İki ölkənin müxtəlif dövlət qurumları arasında müxtəlif sahələrdə anlaşma memorandumları da imzalanıb. Bundan başqa, Azərbaycan tərəfi Ukraynanın ərazi bütövlüyünü tanıdığını hər zaman bəyan edib. Eyni zamanda Prezident İlham Əliyevin Rusiyaya səfəri ilə bağlı əvvəlcədən də anonslar verilmişdi. Hətta dövlət başçısı Yeni illə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağını bildirmişdi. Bu və başqa hadisələr baxımından səfər regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Bir məsələyə də diqqət yetirilməsi məqsədəuyğundur. Azərbaycan müstəqilliyinin bərpasından sonrakı tarixə diqqət yetirilsə, iki ölkə arasında əlaqələrin inkişaf etdiyi də aydın görünər.1997-ci il iyulun 3-də “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında”, 2008-ci il iyulun 3-də “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamə, 2018-ci il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Birgə Bəyanatını da yada salmaq olar. Bu baxımdan Prezident İlham Əliyevin Rusiyaya səfəri, Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması da məntiqlidir.

Bu, tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə etməklə yanaşı, iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bəyannamədə tərəflərin öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürütmələri də vurğulanır. Bu məsələ günümüzün vacib məsələlərindən sayıla bilər. Sənəddə iki ölkənin münasibətlərinin heç vaxt üçüncü dövlətə qarşı yönəlmədiyinin öz əksini tapması da dövlətlərin bir-birinin suverenliyinə hörməti əks etdirir. Bu baxımdan Rusiya ilə imzalanan müttəfiqlik sənədi Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin rolunu və gücünü azaltmır. Əksinə, hər iki bəyannamə Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verməklə yanaşı, Azərbaycanın öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazandırır. Bu sənəd Azərbaycanın başqa beynəlxalq təşkilatlar və birliklərdə də əməkdaşlığını gücləndirir. Moskva Bəyannaməsinin bərabərhüquqluğu Azərbaycanın müstəqillyinin göstəricisidir. Sənəddə rəsmi Bakının Rusiya qarşısında üzərinə hər hansı fərqli öhdəliklər götürməməsi də bunu təsdiqləyir.

Şuşa Bəyannaməsi kimi, Moskvada imzalanan müttəfiqlik sənədi də Ermənistanın Azərbaycana qarşı üçüncü tərəfdən istifadə etməsi imkanlarını məhdudlaşdırır. Bundan başqa, sənədə əsasən, Moskva Ermənistanın separatçıları dəstəkləməsinə qarşı çıxması üçün üzərinə öhdəlik qoyur: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər... Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər”.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Tərəflər arasında ticarət dövriyyəsi 3 milyard dollara yaxındır. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas bazarlardandır. Sənəddə iki ölkə arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələri də öz əksini tapıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər”. Moskva Bəyannaməsində tərəflər iqtisadi sahə ilə bağlı üzərilərinə öhdəlik götürüblər: “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər”.

Belə qənaətə gəlmək olar ki, yaranmış şərait və son 30 ildə regionda baş verənlər nəzərə alınmadan bu müqaviləyə qiymət vermək doğru deyil. Mövcud şərtlər nəzərə alınmadan müqavilənin mahiyyəti təhrif edilir. Bu baxımdan bəyannamənin Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı bəzi iddialar yanlışdır. Bu kimi iddialar sənədin mahiyyətinə qərəzli şəkildə yanaşmaqdan irəli gəlir. Dünya və regiondakı şərtlər deməyə əsas verir ki, Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə daha bir qarantdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Paylaş:
Digər xəbərlər

Siyasət

22-02-2022, 12:06

"Azərbaycanla müttəfiqlik, əməkdaşlıq etmək istəyən bir xeyli dövlət var"

Siyasət

15-12-2021, 17:53

Prezident Əliyev Brüsseldə Zelenski ilə görüşüb

Siyasət

27-10-2021, 09:03

Ermənistan prezidenti Səudiyyə krallığına səfər edib

Siyasət

25-10-2021, 10:05

İlham Əliyev Türkiyəyə səfər edəcək - Tarix açıqlandı

Siyasət

18-10-2021, 06:30

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Siyasət

4-06-2021, 10:51

Sərkisyan Nur-Sultana hansı dəstəyi almağa gedib?

Siyasət

1-04-2021, 19:01

Prezident İlham Əliyev ilə Rusiya Prezidenti arasında telefon danışığı olub.

Siyasət

14-03-2021, 16:08

ATƏT sədri Azərbaycana səfər edəcək

Gündəm / Siyasət / Dünya

18-02-2021, 14:46

İlham Əliyev sazişi təsdiqlədi: Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə getmək olacaq

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

8-02-2021, 16:33

Maksim Kuryaçiy: “Rəsmi Bakı və Kiyev mövcud potensialdan tam istifadə etmir”

Siyasət

13-11-2020, 08:40

Hikmət Hacıyev Polad Bülbüloğluna etiraz edib

Siyasət

24-09-2020, 22:05

XARİCİ İŞLƏR NAZİRİ GÜRCÜSTANA RƏSMİ SƏFƏR EDİB

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
6-09-2026, 12:39
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
6-09-2026, 12:27
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə