USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

İranın paytaxtı Tehranda bir sıra güclü partlayışlar qeydə alınıb. Partlayışlardan bəziləri İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid obyektlərin yaxınlığında baş verib.
“Fars” xəbər agentliyinin məlumatına görə, şəhərin cənubunda iki partlayış, qərb hissəsində isə əlavə güclü partlayışlar eşidilib. Hadisə nəticəsində dəyən ziyan və ya mümkün itkilər barədə hələlik rəsmi məlumat verilmir.
Hazırda Tehranda təhlükəsizlik qüvvələri ərazidə vəziyyəti nəzarətdə saxlamaq üçün tədbirlər görür.