USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Vaqif Əliyev və Hindistanlı Hema - FETÖ-çu istintaqdan necə yayınır

Araşdırma

12-03-2020, 13:33

Vaqif Əliyev və Hindistanlı Hema - FETÖ-çu istintaqdan necə yayınırAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək vəzifəli şəxslərinin tutduqları postun verdiyi imkanlardan sui-istifadə etməklə külli miqdarda gəlir əldə etmələrinə dair həm yerli, həm xarici mətbuatda onlarla yazı gedib. Bu yazılarda SOCAR vəzifəlilərinin xarici ölkələrdəki, eləcə də Azərbaycandakı biznesinə dair ciddi faktlar yer alır.

Haqqında yerli və xarici mətbuatda çoxsaylı materiallar yer alan SOCAR rəsmilərindən biri də şirkətin Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevdir. Uzun illərdir bu iki vəzifəni icra edən Vaqif Əliyevin yalnız tutduğu görəvlərə görə aldığı maaşla dolanmadığı üzə çıxmaqdadır.

Vaqif Əliyevin SOCAR yetkilisi olaraq öz mövqeyindən ailə biznesini çiçəkləndirmək üçün necə istifadə etdiyinə dair faktlara keçməzdən öncə onun Türkiyədəki fəaliyyəti barədə qısa məlumat vermək yerinə düşər. Hansı ki, bu fəaliyyətin bir ucu gedib FETÖ-yə çıxır. 2016-cı ildə “SOCAR-Türkiyə”də FETÖ-nün necə kök saldığına dair Türkiyə mətbuatında gedən məlumatlardan aydın olur ki, qardaş ölkə hüquq-mühafizə orqanlarının araşdırmaları şirkətdə çox mühüm vəzifələr tutan şəxslərin Fətullah Gülənin adamı olduğunu üzə çıxarıb.

Bunlar Vaqif Əliyevin müavini Samir Kərimli, İctimaiyyətlə əlaqələr direktoru Ömər Adsız, baş hüquq müşaviri Fateh Yigit, insan resursları üzrə direktor İlqar Mehmetoğlu, nəhayət, maliyyə qrupunun rəhbəri Berkan Atəşdir. Sonuncunun – Berkan Atəşin bioqrafiyasına nəzər saldıqda, Vaqif Əliyevin onu nə məqsədlə şirkətin maliyyə qrupunun başına gətirdiyi ciddi suallar yaradır.

Məsələ burasındadır ki,Berkan Atəş birja fırıldaqçılığı sahəsində “ad-san” qazanmış şəxslərdən biri olub. O, “SOCAR Türkiyə”dəki mühüm vəizfəyə gələnədək bir neçə dəfə birja fırıldaqçılığı ittihamı ilə Türkiyə polisi tərəfindən saxlanıb, birja əməiyyatlarında iştirakı dəfələrlə qadağan olunub. Nəhayət, 2016- cı ildə Gülən təşkilatının üzvü olduğu iddiaları gündəmə gəlib, bundan sonra vəzifəsindən istefa verib.

Maraqlıdır ki, az qala bütün yaxın ətrafı FETÖ-çü olan V.Əliyevin barəsində Gülənlə əlaqələrinə dair Türkiyə mətbuatında çoxsaylı materiallar yer alsa da, özü prosesdən quru çıxa bilib. Onun 2016-cı ildə Azərbaycan mətbuatına verdiyi məlumatda SOCAR-a məxsus “Petkim Petrokimya Holding A.Ş.” baş direktoru Saadettin Korkut və müxtəlif departamentlərdə çalışan 27 nəfərin FETÖ bağlantılarına görə işdən azad olunduğu deyilir. V. Əliyev əlavə edib ki, “SOCAR Türkiyə” müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb: “SOCAR rəhbərliyi Türkiyənin bu çətin günlərdən güclənərək çıxacağına inanır. Biz bütün enerjimizlə Türkiyənin yanında olmaq üçün buradayıq və yatırımlarımıza da davam edəcəyimizi bildirmək istəyirik”.
FETÖ-dən qurtulan Vaqif Əliyev Azərbaycanda da istintaqdan yayına biləcəkmi?

Beləliklə, V.Əliyev nəinki istintaqdan kənarda qala bilib, həm də hər iki vəzifəsini qoruyub saxlamağı bacarıb. Hansı ki, bu vəzifələrdən ailə biznesinin çiçəklənməsi üçün gen-bol yararlanmaqdadır. V.Əliyevin oğluna, kürəkəninə, kürəkəninin qohumlarında, özünün baldızlarının övladlarına yaratdığı “şərait”lə bağlı AFN-də ötən günlərdə geniş məlumat dərc edilib. Onun baldızı oğlanlarından biri olan Nicat Qarayevin “Azfen” şirkətindəki maxinasiyaları, həmin maxinasiyalarda V.Əliyevin və oğlu Orxan Əliyevin, eyni zamanda V.Əliyevin digər qohumlarının iştirakına, eyni zamanda Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başladılan cinayət işi, N.Qarayevin həbsi və s. hallara dair məlumatlarla aşağıdakı linklərdən tanış ola bilərsiz:

https://afn.az/bildiris/81436-vaqif-eliyevin-qohumlarinin-tender-talani-.html

https://afn.az/bildiris/81506-vaqif-eliyevin-adi-maliyye-firildaginda-hallanan-qohumu-hebs-edildi.html

https://afn.az/bildiris/81678-vaqif-eliyev-ve-oglunun-hebsi-teleb-olunur-.html

Apardığımız kiçik bir araşdırma ilə bu V.Əliyevin ailə biznesinin SOCAR-dan əldə etdiklərinə dair təsəvvür yaratmağa çalışdıq. Məlum oldu ki, V.Əliyevin ailə biznesini oğlu Orxan Əliyev yürüdür. Yaşının az olmasına baxmayaraq, O.Əliyev hələ 2009-cu ilin dekabrında Böyük Britaniyada “Scanex Projected Limited” şirkətini qeydiyyata aldırıb.

Şirkət ilk öncə 48 Queen Ine Street London W1G 9JJ ünvanında qeydiyyata alınıb. Bu ünvan O.Əliyevin Londonda qeydiyyatda olduğu ünvanla eynidir. 2017-ci ilin fevralında isə şirkətin hüquqi ünvanı 13 John Prince's Street 2-ci mərtəbə London W1G 0JR-a dəyişilib. Şirkət barədə qeydiyyat reyestrində onun nəqliyyat və logistika sahəsində fəaliyyət göstərdiyi qeyd edilir.

2010-cu ilin oktyabrında Bakıda hüquqi şəxslərin dövlət reyestrində “Scanex Projected Limited” MMC və “Scanex Projected Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı qeydiyyata alınıb. Hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı 44 – “Kaspian Plaza” ilə eynidir. Hər iki şirkətin hüquqi təmsilçisi də eynidir - Orxan Əliyev.

Dövlət qurumlarının keçirdiyi tenderlərin reyestrində qeydiyyatdan keçən tenderlərin siyahısında bu şirkətlərin adına rast gəlinmir. Yəni Azərbaycanda hansı qurumlardan sifarişlər aldığı açıqlanmır. Şirkətin internet resursu da mövcud deyil. Amma Böyük Britaniyanın maliyyə reyestrində şirkətin son 5 illik maliyyə göstəricilərindən bir qismi açıqlanır.

Həmin məlumatdan aydın olur ki, 2014-cü ildə şirkətin cəmi öhdəlikləri 3 milyon 172 min funtsterlinq, 2015-ci ildə 4 milyon 641 min funtsterlinq, 2016-cı ildə 6 milyon 150 min funtsterlinq, 2017-ci ildə 7 milyon 644 min funtstrelinq, 2018-ci ildə isə 9 milyon 160 min funtsterlinq təşkil edib. Bunun qarşılığında cari aktivlərinin dəyəri müvafiq olaraq 8 milyon 874 min, 10 milyon 902 min, 13 milyon 11 min, 15 milyon 111 min, 17 milyon 307 min funtsterlinq olub. Bu illərdə şirkətin xalis gəliri müvafiq olaraq 5 milyon 702 min, 6 milyon 261 min, 6 milyon 861 min, 7 milyon 467 min, 8 milyon 147 min funtsterlinq təşkil edib. Bu qədər gəlirin haradan əldə olunduğuna dair məlumatlar açıq deyil.

Hindistan əsilli Hema Noronha və Kənan Sadıqlını Əliyevlər ailəsi ilə nə bağlayır?

Hazırda şirkətin direktoru Hindistan əsilli Hema Noronha adlı xanımdır. O, “Scanex Projected Limited” şirkətinə 2016-cı ildən başçılıq edir. 2017-ci ildən isə şirkətin hüquqi qeydiyyat ünvanı indiki yerindədir. Maraqlıdır ki, bu ünvanda Hema Noronhanın iştirakı ilə yaradılmış, əksəriyyəti hazırda fəaliyyətini dayandırmış olan onlarla şirkət qeydiyyatdan keçib.

Digər maraqlı məqam budur ki, şirkətin Bakıda filialı 2010-cu ildən fəaliyyət göstərsə də, onunla bağlı hər hansı layihələrin icrasına dair açıq məlumatlar yox dərəcəsindədir. Sadəcə, iş elanlarıdır, vəssalam. Əvəzində isə “ScanEX Enterprises Limited” şirkətinə dair məhdud məlumatlara rast gəlinir. Qeydiyyat yeri, ölkəsinə dair açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətin Bakıdakı fəaliyyəti 2009-cu ildən başlasa da, Azərbaycanda filialını 2016-cı ildə yaradıb. Filialın hüquqi təmsilçisi və direktoru V.Əliyevin qızının qaynı (yaxud da kürəkəninin yaxın dostu) olduğu deyilən Sadıqlı Kənan Soltan oğludur.

1976-cı il təvəllüdlü Hema Noronha hazırda fəaliyyətdə olan 77 şirkətdə bu və ya digər vəzifəni daşıyır. Böyük Britaniyanın rəsmi reyestrində verilən məlumata görə, Hema Noronha indiyə qədər 15 şirkətdən işdən ayrılıb, bağlanmış olan 60 şirkətdə vəzifə sahibi olub. Ən çox vəzifədə olduğu şirkət “Planet Continental Limited” şirkətidir – 3 il 10 ay 25 gün burada vəzifədə olub. Hazırda onun vəzifə daşıdığı şirkətlərin ümumi bank hesablarında olan vəsaitlərin həcmi 624,9 min funt sterlinqdir. Onların ümumi aktivlərinin cari dəyəri 19,6 milyon funt sterlinq, ümumi cari öhdəlikləri 5,7 milyon funt sterlinq, cari kapitalı isə 901,8 min funt sterlinqdir.

“Körpə” şirkətin böyük işləri…

“ScanEX Projects Limited” şirkətinin Linkedin şəbəkəsindəki səhifəsində verilən məlumatda şirkətin mənzil-qərargahının Londonda yerləşdiyi qeyd olunur. Əsas fəaliyyət sahəsi kimi avtomobil nəqliyyatı ilə yükdaşımaların təşkili, gömrük sənədləşmələri göstərilir:

“Nəqliyyat xidmətləri sahəsində ən böyük şirkətlərdən biri olaraq pikapların, yük maşınlarının, avtobusların, ağır və tikinti texnikasının icarəsini, həmçinin avtomobillərin satışını təklif edirik”. Daha maraqlısı isə budur ki, şirkətin icraçı direktoru olaraq “ScanEX Enterprises Limited” şirkətinin direktoru olan Kənan Sadıqlı göstərilir. Baxmayaraq ki, “ScanEX Enterprises Limited” “Dəmirçi Tauerdə”, “ScanEX Projected Limited” isə “Kaspian Plaza”da hüquqi qeydiyyatdadır, hər iki şirkətin əlaqə telefonu da eynidir – 012 4047596.

Bu faktlar əslində hər iki şirkətin V.Əliyevin oğlu O.Əliyevin rəhbərliyi altında olduğunu göstərir.

Qeyd edək ki, “ScanEX Enterprises Limited”in də dövlət qurumlarının tenderlərində iştirakına dair hər hansı məlumat yoxdur. Amma şirkətin internet saytında verilən məlumatlardan aydın olur ki, SOCAR-ın iştirakı ilə Azərbaycanın neft-qaz sektorunda icra olunan çoxmilyardlı layihələrdə icraçı qismində iştirak edən əksər şirkətlərdən sifarişlər ala bilib.

Bu şirkətlər arasında “Worley-Parsons”, “Tecnicas Reunidas”, “Tekfen” kimi sırf xarici mənşəlilərlə yanaşı, SOCAR-a məxsus “BOS Shelf”, “SOCAR Cape”, “Azfen” BM, CPC, “Azərkimya” da var. Aydın məsələdir ki,V.Əliyevin dəstəyi olmasaydı, 2009-cu ildə yaradılan bir şirkət cəmi bir neçə aydan sonra dünya neft nəhənglərinin oynadığı meydançada “oynaya” bilməzdi.
Yeri gəlmişkən, yayılan məlumatlara görə, Vaqif Əliyevin əldə edərək oğlunun adına İsveçrə banklarında saxladığı pullar da təhlükədədir. Belə ki, ötən il mətbuatda yayılan məlumata görə, O.Əliyevin İsveçrə banklarında olan 28 milyon dollarlıq hesabı dondurulub.

Vaqif Əliyev və oğlu bu məlumatı nə təkzib, nə də təsdiq ediblər.

Bu yazıda V.Əliyevin biznes imperiyasının kiçik bir qismi barədə məlumat verdik. Növbəti yazılarımızda isə daha geniş faktları açıqlamağa çalışacağıq…

Paylaş:
Digər xəbərlər

Video

10-03-2020, 19:00

Bakının mərkəzində sürücülər təhlükə ilə üz-üzədir - VİDEO

Araşdırma

7-03-2020, 17:37

Neft Şirkətinin BOZ KARDİNALI Mikayıl İsmayılov - Bahalı maşınlar, dəbdəbli həyat, xarici banklara daşınan milyonlar və XƏYANƏT (I yazı)

Gündəm

7-03-2020, 13:20

BAKI YOL POLİSİ və YPX.AZ: #TelefonaYoxYolaBax!

Araşdırma

7-03-2020, 12:40

“Avromed” 17 milyon ədəd tibbi maskanı kimə satıb?

Dünya

6-03-2020, 12:53

SOCAR Belarus üçün ilk neft tankerini yola saldı

İqtisadiyyat

28-02-2020, 15:41

Oğuzda 4 kəndin minə yaxın abonenti qazsız qalıb

Bölgə

25-02-2020, 16:45

Güclü külək Gəncə və Samuxda qaz xətlərini və sayğacları zədələyib

Video

22-02-2020, 12:33

Övladını məktəbdən götürməyə tələsən ana onu maşınla vurdu - VİDEO

İqtisadiyyat

22-02-2020, 17:28

Azərbaycan bir ayda 6,6 milyon dollarlıq polipropilen ixrac edib

Son xəbərlər
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
  • 22-07-2026, 18:43
    “AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
  • 22-07-2026, 16:35
    “AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
  • 22-07-2026, 13:09
    Berlində İlham Əliyevin səfərinə etiraz aksiyası keçirilib
  • 21-07-2026, 22:12
    Azərbaycan və Almaniya münasibətlərində yeni mərhələ: Berlində strateji sənədlər imzalandı
  • 20-07-2026, 21:26
    Azərbaycanda beşillik məşğulluq planı qəbul edildi
  • 20-07-2026, 21:24
    Qadını sosial şəbəkədə hədələyərək pul alan şəxs saxlanılıb
  • 20-07-2026, 17:47
    Bakı-Qazax yolunda ağır qəza: iki yük maşını aşıb
  • 20-07-2026, 17:45
    Serbiyada saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya edilib
Daha çox
Çox oxunanlar
24-07-2026, 00:40
Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
25-07-2026, 18:33
Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
23-07-2026, 20:49
“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
25-07-2026, 14:04
Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
25-07-2026, 14:08
Əməkdar artist Elnur Kərimovu ilan sancıb
25-07-2026, 14:15
Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə