ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasında gözlənilən görüşü Vaşinqton üçün “qeyri-bərabər matç” adlandırıb.
Onun fikrincə, Putin və Çin Xalq Respublikasının sədri Si Cinpinlə müsbət dialoqa baxmayaraq, onun prezident kimi Moskva və Pekinə qarşı siyasəti Bayden administrasiyasının hərəkətlərindən daha sərt olub.
Co Bayden və Vladimir Putin arasında danışıqlar bu gün saat 18:00 radələrində baş tutacaq. Canlı yayım planlaşdırılmayıb, lakin dövlət başçılarının onlayn görüşünün ilk görüntüləri jurnalistlərə nümayiş etdiriləcək. Əsas mövzular arasında Ukrayna ətrafında gərginlik, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi və Rusiya liderinin təhlükəsizlik zəmanətləri ilə bağlı təşəbbüsü var.
Putinin köməkçisi Yuri Uşakov qeyd edib ki, gündəliyə Əfqanıstan, İran və Liviyadakı vəziyyət daxil ola bilər. Söhbət “kifayət qədər təfərrüatlı” olacaq və hələlik onun nəticələri ilə bağlı birgə bəyanatlar planlaşdırılmayıb.