USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Milli Həmrəylik Partiyası Ermənistanın təxribatı ilə bağlı bəyanat verib

Siyasət

14-09-2022, 13:15

Milli Həmrəylik Partiyası Ermənistanın təxribatı ilə bağlı bəyanat veribBiz Milli Həmrəylik Partiyası (MHP) olaraq bu bəyanatı dünya ictimaiyyətinə, ilk növbədə isə özünü təcavüzkar Ermənistanın və Azərbaycan ərazilərindəki separatçı-terrorçu erməni dəstələrinin himayədarı kimi aparan böyük dövlətlərin liderlərinə, parlamentarilərinə ünvanlayır və onları ədalətli mövqe tutmağa, Ermənistanın revanşist siyasətini pisləməyə, Paşinyan hökumətini avantürist, təxribatçı hərəkətlərdən çəkindirməyə çağırırıq.

Çünki biz hesab edirik ki, cari ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin, erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində təxribatlar törətməsinin günahı təkcə Ermənistanın mövcud hakimiyyətində deyil. Bu proseslərdə Ermənistana havadarlıq edən qlobal geosiyasi aktorların, Minsk Qrupunu reanimasiya edib yenidən dirçəltməyə çalışan həmsədr ölkələrin də üzərinə böyük məsuliyyət düşür. Bəli, məhz onların dəstəyi və himayəsi rəsmi İrəvanı təxribatlar törətməyə cürətləndirir. Xüsusən də ABŞ və Fransa Ermənistanı açıq-aşkar qızışdırıcı hərəkətlərə təhrik edir.

Əslində hər kəsə gün kimi aydındır ki, Ermənistandan fərqli olaraq Azərbaycan sözdə yox, real anlamda sülhsevər ölkədir və regionda hərbi gərginliyin artmasında qətiyyən maraqlı deyil. Çünki Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərdə - erməni vandallarının xarabalığa çevirdiyi torpaqlarda genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır və Böyük Qayıdışın (məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışının) təmin edilməsi üçün bölgəyə külli miqdarda sərmayələr yatırır. Bu cür böyük quruculuq işləri aparan bir ölkənin hərbi eskalasiyaya, münaqişələrə meylli olması qətiyyən inandırıcı görünmür.

Əksinə, Azərbaycan bir an öncə Ermənistan ilə yekun sülh sazişi imzalayaraq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına can atır və bunu həmsədr ölkələr də, dünya birliyi də çox yaxşı bilir. Onlar Ermənistanın təcavüzkar dövlət olduğunu və Paşinyanın hal-hazırda Azərbaycan ərazisində yaşayan ermənilər üzərindən manevrlər etdiyini, dünyanı aldatmağa çalışdığını bizdən də yaxşı bilirlər. Lakin buna baxmayaraq onlar Ermənistanı öz təcavüzkar əməllərindən çəkindirməyə heç bir səy göstərmirlər. Ona görə də Ermənistan Azərbaycana qarşı ardıcıl və sistemli xarakter daşıyan təxribatlar törətməyə davam edir və yəqin ki, bundan sonra da təxribatlarını davam etdirəcək. Ancaq Azərbaycan bu təxribatların qarşısını almağa qadirdir. Ermənistanın son genişmiqyaslı təxribatına qarşı Ordumuzun həyata keçirdiyi adekvat cavab tədbirləri də bir daha hamıya göstərdi ki, Azərbaycanın qarşı tərəfin istənilən təxribatının qarşısını almağa və öz ərazi bütövlüyünü, suverenliyini qorumağa, strateji mövqelərini möhkəmləndirməyə gücü çatır. Bunu Ermənistanın havadarları da bilməlidir.

Biz Milli Həmrəylik Partiyası olaraq BMT Təhlükəsizlik Şurasına üzv dövlətləri Ermənistan rəhbərliyini sülh danışıqlarının ləngiməsinə xidmət edən pozucu hərəkətlərindən əl çəkməyə və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd xarakterli hərbi təxribatlara son qoymağa dəvət etməyə, daha doğrusu, məcbur etməyə çağırırıq. Bəli, bunu ilk növbədə siz etməlisiniz. Çünki siz dünyada sülhün və təhlükəsizliyin qarantı roluna iddialısınız. Ona görə də Ermənistan kimi təcavüzkar dövləti sülhə məcbur etmək bilavasitə sizin borcunuzdur. Lakin sizin bunu etməyəcəyiniz təqdirdə, biz özümüz rəsmi İrəvanı sülh sazişini imzalamağa məcbur edəcəyik. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu buna qadirdir.

Milli Həmrəylik Partiyası 44 günlük İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi indi də mübariz Azərbaycan Ordusunun, Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin yanındadır. Dostlarımız da, düşmənlərimiz də istər Azərbaycan xalqının, istərsə də ölkəmizin siyasi qüvvələrinin taleyüklü məsələlərdə milli birlik və həmrəylik nümayiş etdirmək əzminə və təcrübəsinə bələddir. Biz bölgəmizə sülh və əminamanlığın gəlməsi naminə birlik nümayiş etdiririk. Biz təcavüzkar ölkənin ədalətsizliyinə qarşı mübarizə aparmaq üçün həmrəylik mövqeyindən çıxış edirik. Və biz dünya birliyini də şərə qarşı, ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında olmağa səsləyirik!

14 sentyabr 2022-ci il.
Bakı.

Paylaş:
Digər xəbərlər

Siyasət

23-08-2022, 18:43

Ermənilər silaha əl atacaqlarsa...

Siyasət

6-07-2022, 15:03

"Ermənistan hakimiyyəti bütün vasitələrlə çalışır... "

Siyasət

10-02-2022, 21:23

"Paşinyanın geriyə addım atmağa yeri yoxdur"

Siyasət

25-08-2021, 12:39

Minsk Qrupunu yenidən “diriltmək” cəhdləri əbəsdir

Siyasət

10-08-2021, 16:34

"Ermənistanın destruktiv-revanşist davranışları Türkiyənin də səbrini daşırmaqdadır"

Siyasət

27-05-2021, 10:46

Rəsmi Bakıdan erməni təxribatına münasibət

Siyasət

10-01-2021, 17:33

“Ermənistanı Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq” - XİN

Siyasət

11-11-2020, 14:36

"Azərbaycan Ordusunun qarşısında tab gətirmədik"

Siyasət

7-10-2020, 15:55

Paşinyan Rusiya liderini qıcıqlandırırdı - MHP sədri

Siyasət

28-09-2020, 14:34

ALDP əməkdaşlıq etdiyi xarici ölkələrin siyasi partiyalarına müraciət edib

Siyasət

25-09-2020, 10:15

Millət vəkili Bosniya Parlamentinə məktub göndərib

Siyasət

21-09-2020, 16:54

Azərbaycan qadınları Anna Akopyanı ittiham etdilər: “Sülhpərvər dona” bürünmüşdü”

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
6-09-2026, 12:39
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
6-09-2026, 12:27
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə