Futbol üzrə Çexiya yığmasının məşqçi qərargahı koronavirusa yoluxmuş oyunçuları operativ əvəz etməyə müvəffəq olub.
Bu barədə “foto.info.az” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Çexiya yığması bazar ertəsi Millətlər Liqasının ev matçında Şotlandiya seçməsinə qarşı oynamaq niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl - şənbə günü Çexiyanın Futbol Assosiasiyası komandanın futbolçularının COVID-19 xəstəliyinə görə matçı keçirə bilməyəcəklərini bildirib.
Yığmada əvəzetmələrlə əlaqədar şotlandiyalılarla matç zamanı futbolçulara David Qoloubek rəhbərlik etməli olacaq. O, yığmanın 18 yaşa qədər oyunçularına məşq keçir.
Millətlər Liqasının birinci turunda Çexiya yığması Slovakiya seçməsinə 3:1 hesabı ilə qalib gəlib.