
Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısının alındığını açıqlayıb.
Qurumdan verilən məlumata görə, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi nəzərdə tutulan narkotik vasitələr aşkarlanıb.
Əməliyyat nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə, o cümlədən 27 kiloqram 65 qram marixuana və 5 kiloqram 300 qram heroin, həmçinin 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbi ələ keçirilib.
Məlumata əsasən, həmin vasitələrin İrandan Azərbaycan ərazisinə keçirilməsi planlaşdırılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.