USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Qazax rayonunda iki nəfərin ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.
Hadisə rayon ərazisində yerləşən Didvan gölündə qeydə alınıb. Canallı kənd sakinləri Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova göldə bataraq həyatlarını itiriblər.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Ata və qızın meyitləri göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.