USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İran Qarabağda təxribata hazırlaşır

Siyasət / Sosial

20-03-2023, 10:24

İran Qarabağda təxribata hazırlaşır



İranın Qarabağda vuruşmaq üçün İraq və Suriyada yetişdirdiyi terrorçular haqqında məqalələrin müəllifi, “Türkiyə” qəzetinin yazarı Yılmaz Bilgenin Axar.az-a müsahibəsi:

- Yılmaz bəy, İran 44 günlük müharibə dövründə və sonra Azərbaycana qarşı təxribatlardan əl çəkmir, hətta Ermənistanın təhlükəsizliyini öz “qırmızı xətti” elan edib. Sizcə səbəb nədir?

- İranın əsl hədəfi normal idarəçilik sistemi və nizami ordusu olan ölkələrdə qarışıqlıq çıxarmaq və orada sülhün əldə edilməsini qeyri-mümkün hala gətirməkdir. Bugünədək İran İraqdan başqa heç bir ölkə ilə müharibəyə girmədi. “Şiə hilalı” ideoloji planını gerçəkləşdirmək üçün yalnız islam dünyasına müdaxilə etdi, İsrail və ABŞ ilə isə qarşılıqlı hədələrlə kifayətləndi. Yəmən, İraq, Livan, Suriya kimi ölkələrdə İranın daxildəki sinir uclarına 60-70 faiz müdaxiləsi ilə vəziyyət bataqlığa döndü. İndi isə İran 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsini, Ermənistanın məğlubiyyətini həzm edə bilmir. Torpaqların işğaldan azad edilməsini, yaxın gələcəkdə açılacaq Zəngəzur dəhlizini, üstəgəl Azərbaycanın Xankəndi və ətrafında tamamilə suverenliyini təmin etməsini özünə təhdid kimi görür. Ona görə də Cənubi və Qərbi Azərbaycanda beynəlxalq ortalığı qarışdırma missiyasını işə saldı. Biz 44 günlük müharibə ərzində bu təhlükəni gördük və SEPAH-ın Azərbaycan Ordusu bölmələrinin arasındakı silahsız və silahlı PUA-larla bağlı və s. danışıqlara qulaq asaraq, internet yazışmalarını izləyərək, Ermənistana məlumat ötürdüyünü aşkara çıxardıq. Mən Livanda tarixin ən dəhşətli cinayətlərindən olan Xocalı soyqırımının, Qarabağda baş verən hadisələrin şahidi olmuş Hizbullahın ilk baş katibi Sübhi Tüfeyli ilə görüşdüm. O mənə o vaxt Tehrana gedib, oradakılara Xocalıda və ümumiyyətlə, Qarabağda müsəlmanların qətlə yetirildiyini, buna İranın laqeyd yanaşmamalı olduğunu dediyini bildirdi. O zaman İranın keçmiş xarici işlər naziri, hazırda Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, digər dövlət rəsmiləri, hətta ali rəhbərin özü də Tüfeyliyə İranın siyasi məqsədlərinin duyğusallıqdan daha önəmli olduğunu deyiblər. Üstəlik onlar türklərin bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün Ermənistanın yanında olmağın vacibliyindən bəhs ediblər...

- “Türkiyə” qəzetində İranın İraq və Suriyada Qarabağda vuruşmaq üçün terrorçulara təlim verdiyi haqqında məqalələriniz böyük rezonans doğurdu. Bunlar haqqında bəhs edərdiniz...

- İran yenə Zəngəzur dəhlizinin açılmasına mane olmaq üçün gedib Qərbi Azərbaycanda – Qafanda baş konsulluq açdı və burada yezidilər üzərindən iş aparır. İran eyni zamanda İraq və Suriyada da yezidiləri hərəkətə gətirib. Məqsəd isə Qarabağda hələ də separatçıların olduğu bölgədə vəziyyəti Azərbaycanın əleyhinə dəyişməkdir. İranla Ermənistan arasında təhlükəsizlik, müdafiə və digər sahələrdə müqavilələr imzalandı. Ermənistanın təhlükəsizliyi İranın “qırmızı xətti” adlandırıldı. Eyni İran Qarabağa göndəriləcək 4000 terrorçunun hazırlanması məqsədilə Qüds qüvvələrinin komandanı İsmayıl Qaanini Suriyaya göndərdi. Bunlar daha çox Həşdi-Şəbi, Əsaib Əl-Haqq, Hizbullah və Hərəkatun Nücəba kimi terror təşkilatlarından seçilir. Ən çox da yezidilərə üstünlük verilir. Səbəb isə odur ki, terror qruplaşmalarından seçilən yezidilərin Ermənistanda yaşayan 100 mindən artıq yezidi ilə daha rahat inteqrasiya olacağını düşünürlər. İran Orta Şərqin bəlkə də ən qarışıq yeri olan Sincarı da təlim mərkəzi kimi istifadə edir. Suriyadan gətirdikləri terrorçulara Baac yolu və Hanasur-Sincar dağı arasında, Beytl əl-Domizdə qurulan iki düşərgədə təlim keçirilir. Bu anadək sözügedən düşərgələrdə şiə milisi yetişdirilib. Əlimizdə fərqli mənbələrdən, təhlükəsizlik bürokratiyasından əldə etdiyimiz məlumatlar, görüntülər, fotolar var. Burada İrandan göndərilən mütəxəssislər işləyir, həm nizami ordu təlimləri verirlər, həm də arxa cəbhədə təxribatlar törədə biləcək diversantlar yetişdirirlər. Qeyd etdiklərimizdən başqa Mosul və Dialadakı düşərgələrdə də eyni şəkildə təlimlər keçirilir. Əlimizdəki informasiyalara görə, bunlardan 90 faiz ehtimalla döyüş və ideoloji təlimdən sonra İraq və Suriyada deyil, başqa yerdə istifadə olunacaq. Ehtimallar arasında ən böyük versiya Qarabağdır. Yəqin ki, bunları Ermənistanın və ya separatçıların dəvəti ilə Qarabağa daşıyacaqlar.

- Sizcə, baş verənlər qarşısında Türkiyə və Azərbaycan hansı addımları atmalıdır?

- Türkiyədə may ayında keçiriləcək seçkiləri İran fürsət kimi görür və daxildəki etirazları susdurmaq üçün xaricdə müharibə apardıqları görüntüsünü vermək istəyirlər. Yəni rəsmi Tehran Qarabağ üzərindən öz problemlərini də həll etmək istəyir. Amma təbii ki, qarşılarında Yəmən və Suriyadakı kimi parçalanmış bir ölkə yoxdur. Azərbaycan güclü dövlətdir və Türkiyə də “bir millət, iki dövlət” şüarına uyğun şəkildə ordu və millət olaraq öz qardaşının yanındadır. İran Qarabağı qarışdırmaq üçün Azərbaycanda İsrail hərbi bazalarının olduğunu belə iddia edib. Əlbəttə, Türkiyə və Azərbaycan birdir, İranın belə kirli planı həyata keçirməsi o qədər asan olmayacaq. Lakin diqqətli olmaqda fayda var. Bəlkə bölgədə bir az qarışıqlıq ola bilər. Ümumi seçki prosesində və ondan sonra bir müddət sabotajların şahidi ola bilərik. Ancaq sonda İranın çox qorxduğu və “qırmızı xətt” adlandırdığı Zəngəzur dəhlizi mütləq açılacaq. Rusiyanın bu planla bağlı mövqeyi haqqında konkret bir şey deyə bilmərəm, amma İran burada Fransa ilə birlikdə hərəkət edir. Türkiyə və Azərbaycan da baş verənlərdən xəbərdardır. Dövlətlərimizin bölgədə sabitliyi təmin etmək üçün həm infrastruktur layihələri var, həm də müharibə ehtimalına qarşı hər zaman hazırlıq davam edir.

Paylaş:
Digər xəbərlər

Siyasət / Sosial

11-02-2023, 12:44

Ceyhun Bayramov Kahramanmaraşda səfərdədir

Gündəm / Siyasət / Sosial

2-12-2022, 19:58

İran mollaları həyasızcasına Azərbaycana qarşı sarsaqlayır

Gündəm / Siyasət

1-12-2022, 20:46

İran molla rejiminin həyasızlığını davam etdirir

Siyasət

4-11-2022, 13:45

"İran Azərbaycana qarşı münasibətdə səmimi olmayıb"

Siyasət

5-07-2022, 14:44

İranın Türkiyə əleyhinə bəyanatı… - Ağar

Siyasət

23-06-2022, 22:40

"İrana qarşı yeni bir koalisiya formalaşacaq"

Siyasət

17-06-2022, 17:55

İran Bakıya qarşı hücumu niyə aktivləşdirir?

Siyasət

11-10-2021, 11:57

"İran Əfqanıstanın gələcəkdə "Üç Qardaş" a qoşula biləcəyindən narahatdır"

Siyasət

6-10-2021, 14:27

İranın qəzəbinin pərdəarxası: Bakı milyardları kəsdiyi üçün…

Gündəm / Siyasət / Hadisə

5-10-2021, 17:57

İran növbəti xəyanətkar addımı ilə özünün düşmən ölkə olduğunu sübut etdi.

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

12-02-2021, 23:47

Azərbaycanla İran arasında turizm əlaqələri müzakirə edilib

Siyasət

2-04-2020, 15:56

İran ABŞ obyektlərinə hücuma hazırlaşır? - Zərif cavablandırdı

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
6-09-2026, 12:39
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
5-09-2026, 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
6-09-2026, 12:27
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə