USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Bu sənədin Cənubi Qafqazda sabitliyin qarantına çevrilməsi şəksizdir"

Siyasət

9-06-2023, 15:25

"Bu sənədin Cənubi Qafqazda sabitliyin qarantına çevrilməsi şəksizdir"Azərbaycanın çağdaş hərbi-siyasi tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ili tamam olmaq üzrədir. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın qardaşlıq taleyini rəsmiləşdirən tarixi sənəddir. Bu bəyannamənin imzalanmasının hərbi, siyasi, iqtisadi, mədəni əhəmiyyəti ilə yanaşı, həm də çox böyük rəmzi mənası var. Çünki 2021-ci il iyun ayının 15-də, müstəqil Azərbaycan dövlətinin Qurtuluş günündə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində bu bəyannaməni imzalaması ilə məşhur Qars müqaviləsi təzələndi.

Həmin gün Şuşa Bəyannaməsi imzalanarkən Prezident İlham Əliyev də öz çıxışında bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq bildirdi ki, “tarixi Qars müqaviləsi düz 100 il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Biz burada çox önəmli olan digər məqamı da xüsusi olaraq vurğulamalıyıq ki, tarixi Qars müqaviləsi yalnız Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini təmin edirdisə, Şuşa Bəyannaməsi isə bütün Azərbaycanın gələcək təhlükəsizliyinin qarantına çevrildi.

Bu bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb. Belə ki, Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin hərbi, siyasi əlaqələri, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, beynəlxalq müstəvidə birgə əməkdaşlıq və bütün digər sahələr əhatə olunur. Bir sözlə, bəyannamədə iki qardaş ölkə üçün həyati önəm daşıyan hər bir məsələ diqqət mərkəzində saxlanılıb. Bu da bəyannamənin əhəmiyyətini şərtləndirən mühüm amillərdən biridir.

Sözügedən tarixi sənədin imzalanmasından ötən 2 il ərzində cərəyan edən regional və qlobal proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda baş verən geosiyasi təlatümlər Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin ölkələrimiz üçün nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Bəyannamədən irəli gələn qarşılıqlı öhdəliklərin icrası hazırkı qlobal hərbi, siyasi, iqtisadi təlatümlər fonunda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da dərinləşməsini təmin edəcək. Bu sənəd regional inteqrasiyaya və təhlükəsizliyə xidmət etməklə bərabər, eyni zamanda, Azərbaycan və Türkiyənin yeni güc mərkəzi kimi dünyada nüfuz sahibinə çevrilməsini, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir.

Ən önəmli məqamlardan biri də budur ki, Şuşa Bəyannaməsi Ermənistanın hərbi-siyasi rəhbərliyinə, revanşist erməni müxalifətinə və onlara havadarlıq edən ölkələrə də mühüm ismarıcdır. Belə ki, Şuşa Bəyannaməsi ilə Türkiyə tərəfi Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verəcəyi təqdirdə, öz Ordusu ilə ölkəmizin yanında yer alacağını açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamənin bu müddəası Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasına daxil olan ərazilərimizdəki erməni separatçı və terrorçu qüvvələrini də ciddi surətdə narahat edir. Çünki Azərbaycanın Xankədidə antiterror əməliyyatı keçirəcəyi təqdirdə, Türkiyə tərəfi bu əməliyyata da gərəkən dəstəyi verə bilər.

Bir sözlə, Şuşa Bəyannaməsi qardaş Türkiyəyə özünün bütün imkanları ilə hər zaman yanımızda olmağa imkan verir. Biz də öz növbəmizdə bütün beynəlxalq platformalarda qardaş ölkənin maraqlarını qorumağa hazırıq və qoruyuruq. Şuşa Bəyannaməsi qardaşlıq və müttəfiqlik fəaliyyətlərimizi istənilən platformada daha səmərəli koordinasiya etməyə imkan verir. Bu sənədin Cənubi Qafqazda sabitliyin qarantına çevrilməsi şəksizdir. Eyni zamanda, Şuşa Bəyannaməsi ölkələrimizə qarşı potensial hərbi-siyasi təhlükələrin qarşısını almaq üçün də sipər rolunu oynayır. Bu baxımdan, Azərbaycan və Türkiyənin dövlət başçılarının belə bir qabaqlayıcı sənədi imzalaması əsl siyasi uzaqgörənlik nümunəsidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

14-01-2023, 12:05

Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 31 il

Siyasət

17-06-2022, 17:49

"Partiyalararadı dialoq mühitinin inkişafından məmnunam"

Siyasət

16-06-2022, 19:41

"Şuşa hamımızı bir araya gətirən milli həmrəylik məkanına çevrilib"

Siyasət

13-06-2022, 19:39

"Şuşa Bəyannaməsinin imzalanması gücümüzə güc qatdı"

Siyasət

22-02-2022, 12:06

"Azərbaycanla müttəfiqlik, əməkdaşlıq etmək istəyən bir xeyli dövlət var"

Siyasət

4-02-2022, 07:22

Türkiyə parlamenti Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ

Siyasət

13-10-2021, 08:42

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi bölgədə sülhün təmin edilməsi üçün lazımi atmosferi yaradıb”

Siyasət

27-07-2021, 13:19

"Bakı Bəyannaməsi" regionun siyasi palitrasını dəyişəcək

Siyasət

16-06-2021, 09:55

Dostluğun və qardaşlığın TƏNTƏNƏSİ

Siyasət

15-06-2021, 13:30

İlham Əliyev Ərdoğanı Füzuli rayonunda qarşılayıb

Siyasət

15-06-2021, 10:21

Türkiyə prezidentinin Şuşa səfərinin proqramı açıqlanıb

Siyasət

10-11-2020, 13:31

İlham Əliyev Ərdoğanla danışdı

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
6-09-2026, 12:39
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
6-09-2026, 12:27
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə