USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Türkiyənin Balıkesir vilayətində 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ Balıkesirin Sındırğı rayonunda, 10,97 kilometr dərinlikdə baş verib. İlkin məlumata görə, təbii fəlakət nəticəsində xəsarət alan və ya dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən həftə Balıkesirdə 6,2 maqnitudalı güclü zəlzələ olmuş, yeraltı təkanlar ətraf şəhərlərdə də hiss edilmişdi. Həmin hadisə nəticəsində 1 nəfər həlak olmuşdu.