
Göygöldə 63 yaşlı kişi küçədə yıxılaraq həyatını itirib.
Hadisə Göygöl şəhərinin S.Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini, 1962-ci il təvəllüdlü Zahid Əlirza oğlu Abbasov yıxılma nəticəsində baş nahiyəsindən xəsarət alıb və dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.