USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Mingəçevirdə ciddi yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Gəncə şossesi istiqamətində qeydə alınıb.
Hadisə zamanı iki “Mercedes” markalı avtomobil toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələrindən biri idarəetməni itirərək əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra isə yaşıllıq zolağına düşüb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və şəhər təsərrüfatına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.