USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakının Ramanı qəsəbəsində dəhşətli hadisə baş verib. Kirayə yaşadığı evdə 2007-ci il təvəllüdlü L. Məmmədova dəm qazından boğularaq dünyasını dəyişib.
Məlumata görə, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbə sakini olan gənc qız vanna otağında olduğu zaman qaz sızması nəticəsində boğulub. Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hər il qış aylarında qaz sızması və dəm qazı problemi səbəbindən oxşar hadisələr baş verir. Mütəxəssislər havalandırma sistemlərinin daim işlək vəziyyətdə saxlanmasını və qaz cihazlarının mütəmadi yoxlanılmasını tövsiyə edir.