USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz rayonunun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb. Sarvan Piriyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücünün həyat yoldaşı, 40 yaşlı Cəhanə Piriyeva və ailənin azyaşlı övladı xəsarət alıb. Yaralılar hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqadası tərəfindən Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.