USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Abşeron rayonunun Saray qəsəbəsində faciəli hadisə baş verib. Məktəbli dəm qazından boğularaq həyatını itirib.
Məlumata görə, H.Axundov adına 3 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Hadisə zamanı uşağın anasının da dəm qazından zəhərləndiyi bildirilir. Onun vəziyyətinin ağır olduğu qeyd olunub və dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.