
İran ABŞ-ın “E-3 Sentry” kəşfiyyat təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hərbi Hava Bazası hücumu zamanı zədələndiyini iddia edir.
“The Wall Street Journal” xəbər verir ki, hücum nəticəsində bazada yerləşən təyyarələrdən biri, o cümlədən uzaq məsafədən radar və pilotsuz aparatları izləmək qabiliyyətinə malik “E-3 Sentry” də zərər görüb. ABŞ-ın həmin bazadakı təyyarələrinin sayı məhdud olduğundan, onların əvəzlənməsi çətin hesab olunur.
Hücuma 12 amerikalı hərbi qulluqçu yaralanıb, bir neçə təyyarə, o cümlədən “KC-135” yanacaqdoldurma təyyarələri də zədələnib. “E-3 Sentry” ABŞ-ın Fars körfəzində əməliyyatların koordinasiyası və təhlükələrə qarşı cavab tədbirlərində mühüm rol oynayır.