USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 18 və 19-da ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.
Axtarışda olan ümumilikdə 61 nəfər saxlanılıb. Onlardan 41-i borclu şəxs qismində axtarışda olub.
Bundan əlavə, narkotiklərlə bağlı 29 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.
Ümumilikdə, cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.