USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Cavid Şahverdiyev: “USAİD - humanitar çətir altında mənəvi terror həyata keçirib”

Siyasət

14-02-2025, 17:27

Cavid Şahverdiyev: “USAİD - humanitar çətir altında mənəvi terror həyata keçirib”

“ABŞ prezidenti Donald Trampın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) audit məqsədilə 90 gün müddətinə bağlanıldığını elan etməsindən sonra bir neçə ölkədə, o cümlədən Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır. Sirr deyil ki, USAİD humanitar təşkilat çətiri altında mənəvi terror siyasəti həyata keçirib. Trampın USAİD -i “görünməmiş miqyasda korrupsiyada” ittiham etməsi, ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri Maskın isə USAİD-in “cinayətkar təşkilat” adlandırması təsadüf deyil”. Bu fikriləri “Səs” qəzetinə açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev deyib.

C.Şahverdiyev xatırladıb ki, USAİD Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir, əsasən mülki xarici yardım və inkişaf köməyin idarə edilməsinə cavabdehdir. 27 milyard dollardan çox büdcə ilə USAİD dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-nin bütün xarici yardımının yarısından çoxunu təşkil edir – mütləq dollar ifadəsində dünyada ən yüksəkdir: "Konqres 4 sentyabr 1961-ci ildə ABŞ-nin xarici yardım proqramlarını yenidən təşkil edən və iqtisadi yardımı idarə etmək üçün bir agentliyin yaradılmasını tələb edən Xarici Yardım Aktını qəbul etdi. Sonradan USAİD bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Prezident Con Kennedinin sərəncamı ilə yaradıldı. USAİD əsas diqqəti uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən ABŞ-nin ilk xarici yardım təşkilatı oldu.

ABŞ-ın xarici siyasətinin formal komponenti olan USAİD prezidentin, dövlət katibinin və Milli Təhlükəsizlik Şurasının rəhbərliyi altında fəaliyyət göstərir. USAİD-in 100-dən çox ölkədə, ilk növbədə Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropada nümayəndəlikləri var".

QHT sədrinin fikrincə, USAİD mövcud olduğu ölkələrdə ABŞ-ın xarici siyasətinin həyata keçirilməsinə xidmət edib. Məqsədində heç vaxt şəffaflıq olmayıb. USAİD kəşfiyyat xidmətini məharətlə, missiyasını yerinə yetirməyə müvəffəq olub: "USAİD vasitəsilə ABŞ xarici yardımdan siyasi silah kimi istifadə edib. ABŞ xarici siyasətinin tənqidçisi, jurnalist Uilyam Blum bəyan edib ki, 1960-cı illərdə və 1970-ci illərin əvvəllərində USAİD “Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx iş əlaqəsi saxlayıb və Agentliyin rəsmiləri çox vaxt USAİD-in pərdəsi altında xaricdə fəaliyyət göstəriblər”. 1960-cı illərdə USAİD-in indi dağılmış bölməsi olan İctimai Təhlükəsizlik İdarəsi buna misal olaraq xatırlanır, O, xarici polisə üsyanla mübarizə üsulları (o cümlədən işgəncə üsulları) üzrə təlim keçmək üçün cəbhə rolunu oynayıb".

QHT sədri onu da vurğulayıb ki, dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib: "2024-cü maliyyə ilində USAİD layihələrin icrası üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib.Rusiyada USAİD-in fəaliyyəti qadağan edilib. 2010-cu ildən bu günə qədər ABŞ-ın USAİD təşkilatı bir neçə ölkədən qovulub. Məsələn, USAİD Belarus və Efiopiyadan ən sərt ittiham çıxışları ilə öz ölkəsinə sürgün edildi. 2013-cü ildə Boliviya prezidenti Ero Morales USAİD-in ölkədəki fəaliyyətini “Boliviyada çalışan amerikalıların dövlətin daxili işlərinə qarışması” kimi qiymətləndirərək bu təşkilatı öz ölkəsindən qovub çıxardı. 2012-ci ilin yayında ALBA ölkələri (Venesuela, Kuba, Ekvador, Boliviya, Nikaraqua, Sent Vinsent və Qrenadin, Dominika, Antiqua və Barbuda) öz üzvlərini USAİD-i ölkələrindən çıxarmağa çağırıblar. Braziliyanın ən böyük qəzeti olan Folha de S.Paulo, USAİD-i Braziliyanın siyasi islahatına sağçı partiyalara məqsədyönlü şəkildə təsir göstərməyə çalışmaqda ittiham edib. 2005-ci ildə USAİD Braziliya Konqresində partiyadaxili sədaqətsizliyi cəzalandıran qanunun qəbul edilməsinə yönəlmiş islahatları dəstəkləmək üçün seminara 95.000 dollar xərcləyib".

C.Şahverdiyev USAİD-in terror təşkilatları ilə işbirliyində olduğunu da istisna etməyib. Qeyd edib ki, təşkilat "Əl Qaidə" , ASALA, "Hizbullah" və digər terror təşkilatlarından belə təhlükəlidir. USAİD-in “Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığı və digər proqramları həyata keçirməsini xatırlamaq yetərlidir: "Bu günlərdə " New York Post" İsrail Müdafiə Qüvvələrinin istefada olan əsgəri Asher Fredmana istinadən məlumat yayıb ki, Livanda "Hizbullah" ın silah anbarında üzərində USAID yazılan paketlərdə humanitar yardımı tapılıb.

Onun sözlərinə görə, "Hizbullah" ın qalasının olduğu Livanda patrul xidməti apararkən üzərində USAİD yazılan paketlərin yanında snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələr aşkar edib.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Moskvanın USAİD-in bütün dünyada radikalları maliyyələşdirməsi ilə bağlı keçmiş bəyanatlarının hamısı doğrudur. Bu fakt onu deməyə əsas verir ki, USAİD terrorçulara da humanitar yardım edib".
C.Şahverdiyev USAİD-in bir çox ölkə mediasını maliyyələşdirməklə “azad mətbuat”, “söz azadlığı” adı altında əslində korrupsiya mexanizmi ilə ayrılan maliyyə əsasında milli hökumətlərə təzyiq və şantaj rıçaqları, informasiya diversantları hazırladığını da qeyd edib.

Onun Cənubi Qafqazdakı fəaliyyətinə gəldikdə, USAİD-in ləğv etməsi xəbəri bu qurumdan ən çox vəsait alan Ermənistanda narahatlıq yaradıb.Təşkilat 2024-cü ildə. "demokratiyanın təşviqi" nə görə Ermənistanda 22,35 milyon dollar ayırıb.Ermənistanda isə 1992-ci ildən fəaliyyətə başlayan təşkilat 2005-ci ilə qədər "humanitar" yardım göstərməklə məşğul olub. Dövlətlə birbaşa əməkdaşlıq isə 2013-cü ildən başlayıb. Mətbuatın yazdığına görə, bu illər ərzində Ermənistan USAID-dən təxminən 3,3 milyard dollar vəsait alıb.Mətbuatda USAİD-in rəhbəri qatı ermənipərəst Samanta Pauerin milyarder Ruben Vardanyanla da dostluğu haqqında məlumatlara rast gəlmək mümkündür: "Bu həmin Samantadır ki, 2006-cı ildə qondarma "erməni soyqırım"ına aid filmin təqdimatında türkləri faşist adlandırıb, "soyqırım"ın tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bəyan edib. Samanta Pauer elə 19 sentyabr tarixində Azərbaycan tərəfindən həyata keçirilən antiterror əməliyyatından dərhal sonra özünü İrəvana çatdırıb, Qarabağ erməniləri ilə görüş keçirərək onlara 2.5 milyon dollar yardım ayrılacağını bildirib.
Elə Samanta Pauerin tapşırığı ilə 2023-cü ilin noyabrın 21-də USAID Qarabağı tərk edən" 100 min" erməniyə humanitar yardım göstərmək üçün 4 milyon dollardan çox vəsait ayırdığını elan edib. Amma Qarabağ və Şərqi Zəngəzurdan didərgin salınan, Ermənistanın işğalçılıq siyasəti, bəşəri cinayətlərinin qurbanına çevrilən milyondan çox soydaşımız 30 ildə bir dəfə də olsun USAİD-in yadına düşmədi.

Gürcüstana gəldikdə isə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib ki, Gürcüstan QHT-ləri 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkiləri üçün USAİD-dən 41.7 milyon dollar alıb və bu maliyyələşdirmənin məqsədi şəffaf deyil. Papuaşvili Gürcüstanda dövlət çevrilişinə cəhdlərə mütəmadi rəhbərlik edən təşkilatlara on milyonlarla dolların necə ayrıldığını izah etməyi tələb edib: "USAİD-in Azərbaycana qarşı böhtan və şantaj, Ermənistanda hakimiyyətə yaxın təşkilatların maliyyələşdirilməsi, Gürcüstanda hakimiyyətə təzyiq və lazım gəlsə, çevriliş edə biləcək qüvvələrin təşkilatlanması və maliyyələşdirilməsi də proqramına daxil edilib.

Onun Azərbaycana qarşı fəaliyyəti konkret istiqamətlər üzrə dezinformasiya, yalan və şantaj üzərində qurulub. Hər vəchlə xalq-hakimiyyət birliyini, xalqın liderinə olan inam və etimadına kölgə salmağa cəhdlər göstərib, amma heç vaxt məkrli planına nail olmayıb: "Azərbaycanın qeyri-hökumət təşkilatları düzgün olaraq ABŞ prezidenti Donald Trampa, eləcə də ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri İlon Maska edilən müraciətində ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulların USAİD-in korrupsiya yeminə çevrildiyi, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunduğu vurğulayıb. Müraciətdə qeyd olunub ki, Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAİD-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAİD qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub. İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAİD Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar ABŞ-ın hazırda aktiv olan 17 milyon dollarlıq müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir. QHT-lər ümid edir ki, Tramp administrasiyasi USAİD-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcək".

Paylaş:
Digər xəbərlər

Siyasət

11-02-2025, 21:31

Hikmət Hacıyev: "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur!"

Siyasət

10-02-2025, 10:36

USAID terrorçu liderin təhsil xərclərini ödəyib

Siyasət

9-02-2025, 15:48

70 milyard dollara sahib olan qurum ləğv edilir

Siyasət

6-02-2025, 11:14

Rəsmi Bakı: USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərilib

Siyasət

4-02-2025, 13:56

Ağ Ev: „USAID "Əl-Qaidə" və LGBT üzvlərini maliyyələşdirir"

Siyasət

19-01-2025, 18:10

ABŞ səfirliyi: "USAID Azərbaycana 450 milyon dollar yardım göstərib"

Siyasət

17-01-2025, 11:34

Ceyhun Bayramov: “USAİD-in Azərbaycanda mövcudluğuna ehtiyac yoxdur”

Siyasət

27-12-2024, 21:42

ABŞ və Dünya Bankı Ukraynaya daha 485 milyon dollar ayırıb

Siyasət

6-10-2024, 12:58

Gərginlik artır. Hökumət nə addım atacaq?

Siyasət

23-09-2024, 10:06

Cavid Şahverdiyev: “Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni mərkəzi olacaq”

Gündəm / Siyasət

5-11-2022, 22:56

USAID Administratorunun müavini Erin MakKi şəhidlər xiyabanını ziyarət edib

Siyasət

18-11-2020, 22:40

"Ali Baş Komandan son nidanı qoydu"

Son xəbərlər
  • Bugün, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • Bugün, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • Bugün, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
  • 22-07-2026, 18:43
    “AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
  • 22-07-2026, 16:35
    “AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
  • 22-07-2026, 13:09
    Berlində İlham Əliyevin səfərinə etiraz aksiyası keçirilib
  • 21-07-2026, 22:12
    Azərbaycan və Almaniya münasibətlərində yeni mərhələ: Berlində strateji sənədlər imzalandı
  • 20-07-2026, 21:26
    Azərbaycanda beşillik məşğulluq planı qəbul edildi
Daha çox
Çox oxunanlar
24-07-2026, 00:40
Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
25-07-2026, 18:33
Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
23-07-2026, 20:49
“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
25-07-2026, 14:08
Əməkdar artist Elnur Kərimovu ilan sancıb
25-07-2026, 14:04
Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
25-07-2026, 14:15
Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə