USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Fransada Luvr muzeyində baş vermiş soyğunla əlaqədar daha beş nəfər saxlanılıb.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, məhkəmə sənədlərinə görə, Luvrdakı quldurluq hadisəsi ilə bağlı aparılan istintaq çərçivəsində beş yeni şübhəli şəxs həbs edilib.
Qeyd olunur ki, əməliyyat oktyabrın 29-da axşam saatlarında Parisin müxtəlif yerlərində həyata keçirilib.
Hazırda saxlanılan şəxslərin ifadələri alınır və onların hadisə ilə birbaşa əlaqəsinin olub-olmaması araşdırılır.
Luvr muzeyində baş vermiş soyğunla bağlı istintaq davam edir.