USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb.
Naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5 min ABŞ dolları oğurlanıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q. Abbasova və 20 yaşlı Ş. Əmiraslanova saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını ələ keçirdikdən sonra hesabdakı vəsaiti nağdlaşdıraraq müxtəlif alış-verişlər ediblər.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.