
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Məlumata görə, müstəntiqin iş adamı haqqında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti Xəzər rayonu prokuroru tərəfindən təmin edilməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Könül Həmzəyeva Nərimanov rayonu ərazisində polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. O, külli miqdarda dələduzluqda ittiham olunur.
Bildirilir ki, K.Həmzəyeva istintaqdan yayındığı və gizləndiyi üçün bir müddət əvvəl axtarışa verilmişdi.
Qeyd edək ki, təxminən bir ay əvvəl tanınmış influenserlər Fidan Rzayeva (Fidan Zeyn) və Əfsanə Qasımova da onunla bağlı polisə şikayət etmişdilər. İddialara görə, Könül Həmzəyeva Fidan Rzayevadan 150 min, Əfsanə Qasımovadan isə 300 min manat mənimsəməkdə ittiham olunur.
Faktla bağlı araşdırma davam etdirilir.