
Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkədə idmana göstərilən dövlət qayğısından danışıb və bu siyasətin boksun inkişafına da müsbət təsir etdiyini bildirib.
Qeyd olunub ki, son 4 il ərzində Azərbaycan boksçuları beynəlxalq yarışlarda 178 qızıl, 165 gümüş və 307 bürünc olmaqla ümumilikdə 650 medal qazanıblar.
Daha sonra federasiya rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib.
Həmçinin, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezident, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinin üzvləri seçiliblər.
Federasiya rəhbərliyinin qarşıdakı dövrdə Azərbaycan boksunun inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.