USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Şərur rayonunda yarımtikili yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Hadisə rayonun Maxta kəndində baş verib. Yanğın nəticəsində tikintisi tam başa çatmamış evə ciddi ziyan dəyib.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi-nin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb və onun yaxınlıqdakı ərazilərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.