USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Türkiyənin Erzincan vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar saat 00:38-də vilayətin Kemah rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 7,02 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.