
“Taliban” hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi ilə bağlı Pakistana xəbərdarlıq edib.
Bu barədə Mehr News Agency məlumat yayıb.
“Taliban” administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar vilayəti və Paktika vilayəti ərazilərinə zərbələr endirdiyini açıqlayıb.
Kabildəki “Taliban” nümayəndələri İslamabadın hücumların Təhriki Taliban Pakistan (Pakistan Talibanı Hərəkatı) bazalarına yönəldilməsi ilə bağlı bəyanatlarını rədd ediblər. Məlumatlara görə, Paktika vilayətində həyata keçirilən son hava əməliyyatı zamanı dini məktəb hədəfə alınıb.
Bu arada, Pakistanın informasiya naziri bildirib ki, zərbələr Əfqanıstan sərhədi yaxınlığında “Təhriki Taliban” və İŞİD sığınacaqlarına endirilib.