
Türkiyənin Muğla vilayətində 4.3 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:34-də, 12,4 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.