USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Gürcüstanda zəif maqnitudalı zəlzələ baş verib.
Məlumata görə, yeraltı təkanların episentri Bağdati şəhərindən təxminən 8 kilometr aralıda, Alismereti kəndi yaxınlığında yerləşib.
Zəlzələnin gücü 3,1 bal olaraq qeydə alınıb.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hər hansı məlumat açıqlanmayıb.
Mütəxəssislər bildirirlər ki, bu gücdə olan zəlzələlər adətən ciddi fəsadlara səbəb olmur.